Gecələr olmasın

Gecələri yata bilmədiyimiz vaxtlar hamıda olur – müxtəlif səbəblərlə…
Mən cavanlıqda axşamları sevirdim, indi isə gündüzləri…Bunun səbəbini tapa bilmədim. Mən hətta istərdim gecələr ümumiyyətlə olmasın hər zaman dünya işıqlı olsun.
Cavanlıqda gecələr qorxmurdum, indi qorxuram. Bu qorxu dünyaya baxışlarımın dəyişimindəndirmi? Həyatı daha yaxşı tanıdığımdandırmı?
Düşündükcə fikirlər bir-birinə qarışır…Düşündüklərimdənmi nəticə çıxarmağa çalışım, oxuyub öyrəndiklərimdəmdi?
Öyrəndiklərimizin bir çoxunun düzgün olmadığı ilə bağlı faktlar ortaya çıxır. Gələcək planların bir çoxu dəyişmək məcburiyyətində qalır.
Dünya artıq tərsinəmi fırlanmağa başlayacaq?
Reallıq hələ ki, düşüncələrimizi dəyişməyə imkan vermir. Amma şübhələr çoxalmağa başlayır. İnsanlar dəyişməyə başlayır. Dünyanı idarə edən gizli qüvvələr də… Yaxşı ollardı ki, bu fikirlər ağlımıza gecələr gəlməsin.
“Havalanmaq” təhlükəsi ola bilər. Amma təəssüf ki, çox vaxt belə olur.
Bax buna görə də gecələri sevmirəm.
Aydınlıqla insan real həyata qayıdır, öz problemlərini, işlərini düşünür.
Dərhal gözəl fikirlər, ümidlər yerini alır.
Bütün bunlar mənim öz fikirlərimdir.
Yuxudan əsəbi duranlar da var. Onun da səbəbini bilmirəm. Artıq bilmədiklərimə görə müvafiq yazılara “cummuram”. İndiyə qədər bildiklərimdən nəticə çıxarmağa çalışıram. Bəzən cavab tapıram, bəzən yox. Sual altda qalmaq cavanlıqdakı kimi narahat etmir. Şəxsi duyğularım mənə rahatlıq gətirir.
Əvvəllər olduğu kimi, baxıcıların yanına qaçmıram. Nə olacağına özüm qərar verirəm.
Bu cür həyat çox gözəl. İstədiyimin olmayacağında nə etmək lazım olduğunu da artıq əvvəlcədən fikirləşirəm… Amma gecələr yox…
Gecələr qərar verməyin. Gecələr mütləq yatmağa çalışaq. Səhər açılanda, aydın zəka ilə qərar verək.

Sənubər Səhər