İrəvan rəsmən təsdiqlədi: Paşinyan Ankaraya “tarixi səfər”ə gedir

0
14

Ermənistan parlamentinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın türkiyəli həmkarı Rəcəb Ərdoğanın dəvəti ilə Türkiyəyə gözlənilən səfərini təsdiqləyib.

Simonyan bunu “tarixi səfər” adlandırıb.

“Hesab edirəm ki, bu səfər tarixidir. Çünki Ermənistan lideri ilk dəfədir ki, Türkiyəyə belə səviyyədə səfər edəcək”, – o, parlamentdə jurnalistlərə deyib.