70 Yaş Həddi:Demokratiyanın Pozulması və Dövlət Qurumlarında Yaş Problemi

0
161

Son dövrlərdə Azərbaycanda dövlət qurumlarında və icra orqanlarında yaş həddi ilə bağlı müzakirələr geniş yayılır. Bu məlumdur ki, cənab prezident Konstitusiya Məhkəməsində yaş həddi 70-dən 75-ə qaldırıldı. Bu məlumdur ki, cənab prezident ordakı olan qanun pozuntularının qarşısını almaq üçün qanuna dəyişiklik etdi. Ancaq Konstitusiya Məhkəməsinin yaş həddi ilə bağlı dəyişikliklərinə və dövlət qulluğunda 70 yaşın son hədd kimi qəbul edilməsinə baxmayaraq, bir çox icra başçılarının 70 yaşı keçdiyi halda vəzifələrini davam etdirməsi ciddi suallar doğurur.
Konstitusiya Normaları və Reallıq
Azərbaycan Konstitusiyasına və milli qanunvericiliyə əsasən, dövlət qulluğunda maksimum yaş həddi 70 olaraq müəyyən edilib. Hətta ölkə başçısının sərəncamı ilə pensiya yaşı 65 təyin olunub. Ancaq dövlət qurumlarında yaş həddi ilə bağlı nə ölkə başçısının sərəncamı, nə Milli Məclisin qərarının qəbul edilməsi olmadığı halda bu işlərin baş verməsi. Lakin praktikada bu qaydaların kobud şəkildə pozulduğu görünür. Bir çox nazirlikdə, dövlət şirkətlərində və icra orqanlarında 72-73 yaşlı rəsmilərin işləməsi, təkcə qanun pozuntusu deyil, həm də dövlət idarəçiliyində avtoritar tendensiyaların güclənməsi kimi qiymətləndirilir.
Cənab prezident Konstitusiyanın pozulmaması və qanunların aliliyinə hörmət mənasında pozmamaq üçün prezident yaş həddini 70-dən 75-ə qaldırdı. Ancaq dövlət qulluğunda çalışanlar haqqında ölkə başçısı tərəfindən nə Milli Məclisə təqdimat, nə də Milli Məclisin qərarı olmadan 70 yaşdan yuxarı icra strukturlarında, dövlət qurumlarında rəhbər vəzifələrində işləmələri bütün dünyaya, dünya ölkələrinə əllərinə ipucu verir ki, yəni Azərbaycanda demokratiya pozulur, qanun tapdalanır.
Bu Nəyə Aparır?
Gənc Kadrların İnkişafının Qarşısının Alınması – Dövlət qurumlarında yüksək vəzifələrdə uzun müddət eyni şəxslərin qalması gənc və peşəkar kadrların qarşısını kəsir, inkişaf dinamikasını pozur.
Demokratik İdarəetmə Prinsiplərinin Pozulması – Dünyada rəhbərlikdə növbələşmə və şəffaflıq təşviq edilir, lakin Azərbaycanda yaşlı kadrların hakimiyyəti demokratik proseslərin ləngiməsinə səbəb olur.
Milli Maraqlara Ziyan – Dövlət qurumlarında effektivliyin aşağı düşməsi, korrupsiya risklərinin artması və innovasiyaların həyata keçirilməməsi ölkənin inkişafına mane olur.
Nə Etmək Lazımdır?
Konstitusiya normaları ciddi şəkildə tətbiq edilməlidir – 70 yaş həddindən yuxarı vəzifə saxlamaq qadağan olunmalıdır.
Gənc və İxtisaslı Kadrlara Şans Verilməlidir – Dövlət qulluğunda meritokratiya prinsipləri gücləndirilməli, rəhbərlikdə növbələşmə təmin edilməlidir.
İctimai Nəzarət Artırılmalıdır – Vətəndaşlar və media dövlət qurumlarında qanun pozuntularına qarşı daha aktiv çıxış etməlidir.
Yekun
70 yaş həddinin daşınması təkcə qanun pozuntusu deyil, həm də Azərbaycanın demokratik inkişafına vurulan ağır zərbədir. Dövlət idarəçiliyində şəffaflıq və effektivliyin təmin edilməsi üçün Konstitusiya normalarına ciddi riayət edilməsi və gənc kadrların ön plana çəkilməsi zəruridir. Əks halda, bu vəziyyət milli maraqlarımıza daha çox ziyan vura bilər.
Sizcə, dövlət qurumlarında yaş həddi ciddi şəkildə tətbiq edilməlidirmi? Rəylərinizi yazın!

İctimai Nəzarət Koalisiyası Strateji Araşdırmalar Departamenti