Belə nəticəyə Ratqersk Universitetinin (ABŞ, Nyu-Cersi ştatı) alimləri gəliblər.
Tədqiqata əsasən, nüvə silahının genişmiqyaslı tətbiqiylə yaranacaq yanğınlar atmosferə 147 milyon ton his atacaq. Böyük his kütləsi bir neçə həftə ərzində strasfer küləkləri ilə bütün Yer kürəsi üzrə yayılaraq Günəş işığının qabağını tutacaq. Ekspertlər proqnozlaşdırırlar ki, ki, his pərdəsinin gözəçarpacaq dərəcədə təmizlənməyə başlaması üçün təxminən yeddi il, Yer kürəsinin səthində işıq göstəricilərinin normal səviyyəyə qayıtması üçün isə daha üç il lazım olacaq.
Öz növbəsində, his pərdəsinin mövcudluğu temperaturun 8 dərəcə düşməsinə gətirib çıxaracaq. Tədqiqat göstərir ki, bu səviyyədə temperatur anomaliyası dörd il davam edəcək və müharibədən əvvəlki göstəricilərə tam qaytarılması üçün on ilə yaxın müddət lazım olacaq.
Tədqiqat bütovlükdə 2007-ci ildə Amerika Milli Kosmik Agentliyi (NASA) yanında Qoddard adına kosmik tədqiqatlar İnstitutu tərəfindən təqdim edilmiş tədqiqatın nəticələrini təkrarlayır.
“Birləşmiş Ştatlar və Rusiyanın arasında iri həcmli nüvə müharibəsini nüvə qışı izləyəcək. Tammiqyaslı nüvə hücumu, belə bir hücumu həyata keçirməyə qərar verən bir ölkə üçün intihar olardı. Birləşmiş Ştatlar və Rusiya tərəfindən nüvə silahından istifadə bütün dünya üçün faciəvi nəticələrə gətirib çıxaracaq. Nəticədə, nüvə silahına malik ölkələr nüvə arsenallarını ixtisarı etməli, bütün tərəflər mümkün silahsızlaşmaya getməlidir”, – alimlər yekunlaşdırıblar.