Qərb İrəvan üzərindən yeni cəbhə açır – Bakıya qarşı ittihamların şifrələri

0
363

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sonuncu açıqlaması iki kontekstdı diqqət çəkir:

– Azərbaycana qarşı əsassız düşmən mövqe sərgilənir;


Borel bildirir: “Aİ Ermənistanın ərazi bütövlüyü və suverenliyinin pozulmasını qəbuledilməz olduğunu və bunun “ağır nəticələrə” səbəb olacağı haqda Azərbaycana xəbərdarlıq edib. Hər hansı pozulmanın qəbuledilməz olduğu və “ağır nəticələrə” səbəb olacağı barədə Azərbaycana açıq şəkildə xəbərdarlıq edib. Biz Ermənistanda həm daxili, həm də xarici sabitliyi pozmağa yönəlmiş istənilən cəhdə qarşı ayıq olmalıyıq. Azərbaycana mesajımız aydındır: Ermənistanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını qəbul etməyəcəyik və bu “ağır nəticələrə” gətirib çıxaracaq”;

– Ermənistan “sülh” adı altında silahlandırılır;

Borel qeyd edir ki, “Avropa Sülf Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsini nəzərdən keçirirlər”.

Bu iki fikir Cənubi Qafqazda qurulan oyunu anlamağa imkan verir.

Birincisi, Azərbaycan Ermənistana ərazisinə hansısa hücum hazırlamır və bunu ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Hətta Ermənistanın Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyini yerinə yetmrəməsinə qarşı bu layihəni arxa plana keçirir, İran marşrutunu aktuallaşdırır. Lakin rəsmi Bakının bütün açıqlamalarına rəğmən Qərb israrla “Azərbaycan Ermənistana hücum edəcək” iddiasını davam etdirir.

İkincisi, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla sülh müqaviləsinin imzalanmasını ön plana çıxarıb. Qərb cəbhəsi isə Fransanın timsalında Ermənistanı sürətlə silahlandırır.

Azərbaycanın sülh istəyinə qarşı irəli sürülən ittihamlar və “sülh” çağırışı altında Ermənistanın silahlandırılması arasındakı zidiyyət Qərbin Cənubi Qafqazda yeni cəbhə açmaq planından xəbər verir. Bu cəbhənin əsas hədəfi Rusiyadır, hərçənd, sual yaranır: Qərb nə üçün davamlı olaraq Azərbaycanı ittiham edir?

Rusiyanın Cənubi Qafqazda zəifləməsi Ermənistandakı mövqelərinin sıradan çıxması ilə mümkün ola bilər. Buna paralel olaraq, Qərbin bölgədə güclənməsi də Ermənistanda möhkəmlənməkdən keçir. Çünki Gürcüstan keçmiş təcrübəsi fonunda daha ehtiyatlı davranış sərgiləyir, Azərbaycan isə müstəqil siyasi xəttindən geri çəkilmir, o cümlədən, əsas müttəfiqi qardaş Türkiyədir. Bölgənin siyasi mənzərəsinə diqqət etdikdə Ermənistanın Rusiya və Qərbin yeni qarşıdurma platforması olaraq seçildiyi görünür, daha dəqiq desək, Qərb Moskvaya qarşı yeni hücumda İrəvanı plasdarm olaraq görür. Nikol Paşinyan hakimiyyətinin yaratdığı şərait bunun üçün münbit zəmin yaradıb, yaxud belə demək mümkünsə, Ermənistan hakimiyyətinin əsas missiyası bundan ibarətdir.

Rusiyaya qarşı açılacaq cəbhə birbaşa müdaxilədən ibarət deyil: Qərb Ukraynada olduğu kimi, Moskva ilə birbaşa toqquşmadan qaçır və mübarizəni proksi qüvvələr vasitəsilə aparmaq niyyətindədir; Ermənistan bu oyunda Qərbin proksi qüvvəsi olaraq qəbul edilib;

Lakin Ermənistan Rusiyaya birbaşa müharibə elan edə bilməz, rəsmi İrəvanın missiyası Moskvanın orbitindən uzaqlaşmaq və ölkədə mövcud olan rus bazasının çıxarılmasından tutmuş, KTMT ilə yollarını ayırmaq, “təhlükəsizik müttəfiqini” dəyişdirməkdir. Bunun üçün Azərbaycanla sərhəddə təxribat hücumu törədib, yeni esakalasiya yarada bilərlər.

Və yeni eskalasiyanın yaradılması ilə Ermənistan hakimiyyəti “müdafiə öhdəliklərini yerinə yetirmir” əsası ilə KTMT-dən çıxmağı, Rusiyanın “təhlükəsizlik çətirindən” imtina etməyi, hətta rus hərbi bazasını ləğv etməyi aktuallaşdıra bilər.

Qərb cəbhəsinin rəsmi Bakının bütün təkziblərinə və sülhdən yana verdiyi açıqlamara rəğmən, ittihamlarında əl çəkməməsi də mümkün təxribatlardan öncə beynəlxalq ictimai rəyi formalaşdırmaq və təxribat baş verdikdə “Azərbaycanın hücuma keçəcəyini öncədən bəyan etmişdik” demək məqsədi daşıyır. Borelin açıqlamasının şifrələri bundan ibarətdir və Ermənistanın “Avropa Sülf Fondu çərçivəsində silahlandırılması” da məhz “sülh üçün silah” rəyini yaratmağa hesablanıb.

Böyük oyunun birinci mərhələsinə start verildiyi görünür:

Fransa Ermənistanı sürətlə silahlandırır, imzalanan müqavilələr göstərir ki, Paris tezliklə Rusiyanın yerini tutmaq niyyətindədir. Avropa İttifaqının müşahidəçilərinin sayı artırılır, o cümlədən, Avropa ölkələsi olmayan Kanada da missiyaya qoşulur. Kanada NATO ölkəsidir və bəllidir ki, “müşahidə missiyası” adı altında Şimal Alyansı artıq bölgəyə müdaxiləyə hazırlaşır.

İkinci mərhələ məhz Azərbaycanla sərhəddə yeni esakalasiya yaratmaq və ikinci cəbhəni açmaq ola bilər. Artıq sirr deyil ki, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazda yeni hərbi toqquşmalar yaratmaq planını dövriyyəyə salıb və ikinci Ukrayna ssenarisini həyata keçirəcək.

Ermənistan mümkün təxribatlarla Azərbaycana siyasi və hərbi müstəvidə təsir göstərə bilməz, bunu İrəvanda da, Qərb paytaxtlarında da anlayırlar. Hərçənd, əsas məqsəd Cənubi Qafqazda hərbi qarşıdurma yaratmaq və Rusiyanı Ermənistandan, ümumilikdə bölgədən çıxarmaqdır. Başda Fransa olmaqla Qərb cəbhəsinə öz məqsədinə nail olmaq üçün Cənubi Qafqazda qanlı müharibə və yeni qurban lazımdır. Növbəti qurban Ermənistandır və bu ölkəni Ukraynanın taleyi gözləyir. Çünki:

– Rusiya for-postu olaraq gördüyü Ermənistanı itirmək niyyətində deyil: bu baxımdan, Qərbi Ermənistanda ghərbi mövcudluğuna göz yummayacaq, Lavrovun xəbərdarlıq dolu son açıqlaması da bunu göstərir;
– İndiyə qədər Ermənistanın sərhədlərini “qırmızı xətti” elan edən İran da buna dözməyəcək, çünki Qərb – NATO birbaşa onun sərhədlərinə yerləşir;


Bu kontekstdə Ermənistanda iki tərəfin – Qərb cəbhəsi və Rusiya-İran cəbhəsinin üz-üzə gələcəyi qaçılmazdır. Bu isə Ermənistanın yeni müharibə poliqonuna çevriləcəyi gözləntisini ön plana çıxarır.