İslam memarlığında ilk sarayı kim tikdirib?-TARİXİ FAKT

0
531

İslam memarlığı  İslam ölkələrində formalaşmış, fərqli üslublara malik olub dini, mədəni, siyasi xarakter daşıyır. Bu memarlıq nümunələrinə həm dini, həm də dünyəvi müəssisələrin binaları daxildir. İslam memarlığı müxtəlif müsəlman dövlətlərinin ənənələrini özündə cəmləşdirir. Quranın incəsənətin bütün növlərinə, xüsusən memarlığa, böyük təsiri olmuşdur. İslam dünyasının hər bir bölgəsinin memarlığı – Səudiyyə Ərəbistanının, İraqın, Türkiyənin, İranın, Azərbaycanın, Suriyanın, Fələstinin, Misirin, Məqribin, Cənubi İspaniyanın yerli köklərindən yaranırdı. Hər bir islam ölkələrinin özünə məxsus xüsusiyyətləri olub. Buna görə də Suriyanın abidələri – İraqın və İranın abidələrindən orta əsr Əndəluz-Məqrib regionundan seçilirdi. Bəs, görəsən İslam memarlığında ilk saray nə zaman inşa edilib? Bu sualın cavabını tarixçi-alim Əkbər Nəcəf verib.

İslam memarlığında ilk saray nümunəsi Xəlifə Osman (VII əsr) zamanında Şam valisi olan Muaviyyə tərəfindən “Qübbət əl-xadra” adı ilə tikilib. Bu bina şəhərin mərkəzində və böyük məscidin yanında yer alırdı.

Abbasilər xilafətin paytaxtını Bağdada köçürdükdən sonra burada da saraylar inşa etdirdilər. Bir müddət Abbasi Xilafətinin paytaxtı olan Samirə şəhərində də çox sayda saray tikilmişdir ki, həmin sarayların ən böyüyü Xəlifə Mötəsimin “əl-Cevsak əl-Xaqani” adlı sarayı idi. Bu sarayın türkcə “xaqan” adını daşıması son dərəcə maraqlıdır.