Liviya Milli Razılıq Hökuməti marşal Xəlifə Haftarı paytaxt Tripolinin cənubundakı səhra hospitalını bombalamaqda ittiham edib.
Bombardman nəticəsində hospitaldakı 5 həkim həlak olub, 8 nəfər isə yaralanıb.
Qeyd edək ki, şənbə günü marşal Xəlifə Haftara məxsus hərbi təyyarələr Tripolini bombardman etmişdi.