“NUR Art House”də növbəti tədbirdə

0
435

Iyulun 3-də”Içərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi Bakı Şəhəri Icra Hakimiyyəti, Azərbaycan Respublkası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təskilatçılıgı ilə keçirilən Birinci Milli Qurama Festivalı çərçivəsində NUR Art House qalareyasının açılışı oldu.
Acılış “Qurama: Əsrlərin kəsişməsində nəsillərin baxış bucagında” adlı sərgi “Içərişəhər” Dôvlət Tarix-Memarlıq Qoruğu Idarəsi,”Azərbaycan xalçaçıları”IB və”NUR Art House’qalareyası tərəfindən təşkil olunmuşdu.
Azərbaycanda incə naxįşlı ipək və pambıq parça istehsalı fabrikləri haqqında hələ Orta əsrlərdə Zəkəriyyə Qəzvini, Həmdullah Qəzvini,Rəbi Rəşidi, Adam Oleari və başqalarį ôz əsərlərində yazıblar. Səfəvilər dõvründə Təbriz, Mərənd,Gəncə, Naxçıvan və digər şəhərlərdə cənub-qərb rayonlarında yetişdirilmiş pambıqdan gözəl naxışlı ,yüksək keyfiyyətli pambıq parcaların toxundugu və bu məhsulun Azərbaycanın əsas ixrac əmtəəsi oldugu məlumdur.
Bu isə “Qurama” sənətinin məişətimizə məhz toxuculugun inkişafı ilə daxil oldugunu bir daha sübut edir.Hər sənət əsəri insanın dünyagörüşünü və ətraf aləmə münasibətini ifadə edirdi..
Həm ənənə, həm tarix, həm də müasir yanaşmanın bir araya gəldiyi bu sərgidə bir araya gəlib..:”Azərbaycan xalçaçıları “Ictimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru,professor, Əməkdar mədəniyyət işçisi Röya Tagiyeva və IB üzvləri bu sərgi ilə UNESCO-da akkreditasiya olunmuş Birliyin hər zaman tariximizi, mədəniyyətimmizi, mədəni irsimizi təblig etdiyini bir daha nümayiş etdirir.
Bu gün”NUR Art House”bir platforma kimii əsrlərin nəsillərin görüş yerinə çevrilib..
Bu günkü sərgidə maraqli eksonatlarla taniş olduq.Belə ki,Şuşa sakini Səltənət bəyim Behbudovanın XIX-XX əsrlərə aid fərqli işləmə texnikalı quraması,bədii tikmə ustası rəssam və müəllim Səma Əmirivanın ulu nnənəsinin və anasının hazirladıgı tarixi quramalar,kolleksiyaçı-tədqiqatcılar Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi şəxsi kolleksiyasından,kimya üzrə fəlsəfə doktoru ,tanınmış qurama.ustası Xalidə Nəsirovanın parça quramaları,Elmira Qasımovanın Azərbaycan Qurama sənətində yenilik olan toxuma qurama nümunələri,bədii tikmə ustası Şəhla Əsgərovanın quramaları, Rərvanə Eyyubovanın,Nazilə Abilovanın, Hökumə Qasımovanın və başqa sənətkarlarımızın qurama texnikası ilə işlənmiş bir- birindən daha maraqlı əsərlərlə tanış olduq…
Lalə Mustaayevanın və Günel Əlinin hazırladıqları gəlinciklər və digər dekorativ tətbiqi sənət nümunələri də tamaşacıların diqqətini cəlb etdi..
Sərginin açılışını edən Birliyin Idarə Heyətinin üzvü Gülşən Hüseynova , Birlyin katibi Günel Əli qurama sənəti ilə baglı sənətə yenilik gətirən ustalarımızın əsərlərini bir araya gətirərək əsrlərdən nəsillərə ərmagan olan sənətin funksionalıgını onə çəkərək tamaşaçilarda xoş təəssüratlar yaratdılar.
Sonda Bilvəh qəsəbəsindəki 11 nömrəli inteqrasiya təlimli internat məktəbdə yaradilmiş Azərbaycanda ilk “Qurama”Uşaq Animasiya Studiyasında Əməkdar mədəniyyət işçisi, rəssam, animasiya rejissoru Elçin Hami Axundovun rəhbərliyi ilə uşaqların müxtəlif mövzularda çəkdikləri animasiyaları,müəllimləri ilə hazırladıqları quramaları bir daha sübut etdi ki,bu sənətin qələcəyi və gənc nəslin sənətə baxış bucagını əks etdirə bildi…
Maraqlı keçən tədbirin sonunda xatirə şəklləri çəkildi…

Nəzakət Kərimova-Əhmədova,

DAMM və SIM IB- nin Fəxri üzvü,”Yazarlar”jurnalının əməkdaşı,AJB-nin üzvü,”Xarıbülül” Ədəbi Məclisinin sədri, yazar- publisist.