“Sən və 99 oyunçu, ancaq biriniz sağ qalacaqsınız”, – SMS-ni alan gənc qəribə vəziyyətdə ölmüş tapılıb.
Belə ki, o, iki otaq arasında qapı yerinə bərkidilmiş qarmaqdan asılıb.
Hadisə Rusiyanın Moskva vilayətində baş verib.
19 yaşlı gənc Beynəlxalq Hüquq İnstitutunun birinci kurs tələbəsi olub.
Onun ölümqabağı məktubu olmayıb. Ancaq tələbənin telefonundan açıq şəkildə qorxulu ismarıc tapılıb.
Polislər istintaqa başlayıb. Gəncin otağındakı sistem bloku, telefon, dəftər və fleş-kart müsadirə edilib.