İranın Qum şəhərində 90 yaşlı bir qadın koronavirusa qalib gələrək xəstəxanadan çıxıb.
İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubunun (YJC) xəbərinə görə, 11 gün ərzində “Kovid-19” müalicəsi olunan 90 yaşlı qadın sağlamlığına qovuşub.
Yaşlı qadının xəstəliyə qalib gəlməsi virusa yoluxanlara ümid işığı olub.