Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərb Rusiyaya inteqrasiyaya imkan vermədiyi üçün Rusiya lideri Vladimir Putindən qisas alır.
Viktor Orhan bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
O, xatırladıb ki, 1990-cı illərdə Qərb kapitalistləri Rusiyaya sərmayə qoymağa başlayıblar. Onlar düşünürdülər ki, Rusiya iqtisadiyyatını, onun xammal və enerji payını qlobal iqtisadiyyata inteqrasiya etmək üçün “açar tapıblar”. Lakin Orbanın sözlərinə görə, Vladimir Putin belə inteqrasiyanın Rusiyanın maraqlarına xidmət etmədiyini, ona görə də investisiyaların kəsildiyini bildirib.
“Və məncə, onların əsas qazanc mənbəyini əldə etməyə bu qədər yaxın olması və bunun eyni şəxs tərəfindən dayandırılması fikri onların düşüncə tərzində şəxsi qisas elementidir”, – Macarıstanın baş naziri vurğulayıb.