Bu gün Binəqədi qəsəbə Bələdiyyəsi Novruz bayram münasibətilə qəsəbə ərazisində yaşayan 90 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət “Novruz bağlaması” təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, şəhid ailələri, Qarabağ qaziləri, qaçqın və məcburi köçkünlər, habelə imkansız ailələrə paylanılan ərzaq məhsulları toyuq, yağ, düyü, çay və makarondan ibarət olub.
Qeyd edək ki, Binəqədi qəsəbə Bələdiyyəsinin bu təşəbbüsünə UNEC Xeyriyyə Təşkilatı da dəstək göstərib.