83 yaşlı qadın dünya çempionu oldu – FOTO

0
376
Rusiyadan olan 83 yaşlı Nina Maksimova qış üzgüçülüyü üzrə dünya çempionatında qalib oub.

Bu barədə “Solevar” xəbər yayıb.

Yarış 3-9 fevral tarixlərində Sloveniyanın Bled gölündə keçirilib. Suyun temperaturu müsbət bir dərəcə olub. N.Maksimova 25 və 50 metr məsafələrdə uğuru ilə iki qızıl mükafat qazanıb.

Çempionatda 36 ölkədən 1042 idmançı iştirak edib. Onların arasında Rusiya, ABŞ, Argentina, Almaniya, Çexiya və başqa ölkələrdən üzgüçülər olub.

Bildirilir ki, N.Maksimova ümumən üzgüçülüklə 77 il, qış üzgüçülüyü ilə isə 30 ildir məşğul olur.