8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur

0
228

8 Mart Beynəlxalq qadınlar Günü munasibətilə Milli Məclisin sədr müavini Adil Əliyevin rəhbərliyi ilə şəhid anaları,şəhid yoldaşları, bacıları iştirakı ilə Gilavar şadlıq sarayında tədbir keçirildi.

Tədbirdə regionun şəhid ailələri, təşkilat rəhbərləri, mügənnilər, alimlər, dövlət rəsmiləri iştirak etdilər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra çıxış üçün söz Milli Məclisin sədr müavini Adil Əliyevə verilmişdir.
8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur və çıxışında qeyd etmişdir ki, belə bir gündə şəhid anaların yanında olmaq qürur vericidir.
Azərbaycan qadını həmişə öz sədaqəti və fədəjarlıgı ilə seçilmişdir.
Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən şəhidlərin analarını, bacılarını,xanımlarını təbrik etmişdir.

Tədbirdə şəhid anaları çıxış edərək Milli Məclisin sədr müavini Adil Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etmişdilər.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri