79 yaşlı Emmanuil Vitorqan yenidən ata oldu – FOTO

0
483

Rusiya kinosunun ulduzu, Bakıda doğulub boya başa çatan Emmanuil Vitorqandan gözlənilməz xəbər gəldi.

79 yaşlı aktyor yenə ata oldu.

Vitorqan özünün “Instagram” səhifəsində həyat yoldaşı, il yarımlıq qızı Etel və təzəcə doğulmuş körpəsi ilə şəkil yerləşdirib.

“Biz çoxaldıq, daha bir qızımız dünyaya gəldi…Klaroçka!”, – bu yazı ilə aktyor şəkli şərh edib.

Xatırladaq ki, ötən ilin fevralında Vitorqanlar ailəsində qız uşağı dünyaya gəlmişdir. Aktyorun həyat yoldaşı 56 yaşlı İrina onda EKO-dan istifadə etsə də, hamiləliyi özü keçirib.