77 tələbə xaric edildi, vəzifəli şəxslər işdən çıxarıldı – Göyçay Peşə Liseyində nə baş verir?

0
117

Onlarla tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün Göyçay Peşə Liseyindən xaric edilib.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib. Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub:

“Araşdırmanın nəticəsi kimi, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər”.

Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin də əmək müqavilələrinə xitam verilib.