75 yaşlı nənə küçəyə çıxma qadağasını belə pozdu- FOTO

0
428

Karantindən canını qurtarmaq istəyən 75 yaşlı nənə küçəyə çıxmaq üçün hörümçək kimi hasara dırmaşıb.
Türkiyənin Adıyaman şəhərində koronavirus səbəbiylə evdə qalmaqdan sıxılan 75 yaşlı Zahide Karakurt adlı qadın divara dırmaşaraq küçəyə çalışanları heyrətləndirib. Yaşlı qadın “evdə darıxmaqdan dəli olacam. Özümü yerə atdım” deyərək qonşuların xəbərdarlıqlarına da əhəmiyyət verməyib.
Qadının oğlu Yusuf Karakurt bildirib ki, anasının küçəyə çıxmaması üçün polis çağırcağını deyib, qapını zəncirləsə də, bu qadının küçəyə çıxmasına maneə ola bilməyib. Bundan sonra yaşlı qadın divara dirmaşaraq küçəyə çıxamağa cəhd edib.

75 yaşlı nənə küçəyə çıxma qadağasını belə pozdu- FOTO75 yaşlı nənə küçəyə çıxma qadağasını belə pozdu- FOTO