74 yaşlı qadının əkiz uşaqları oldu – DÜNYA REKORDU – VİDEO

0
525

Hindistanının Andxra-Pradeş ştatında EKM (ekstrakorporal mayalanma) üsulu ilə hamilə qalan 74 yaşlı qadın əkiz qızları olub.

Bu haqda “Hindustan Times” qəzeti yazıb.

Xəstəxananın direktoru uşaqların qeysəriyyə əməliyyatının köməyi ilə götürüldüyünü bildirib.

“Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır. Ancaq ana son bir neçə saatlıq stresdən çıxması üçün intensiv terapiya bölməsinə göndərilib”, – həkim deyib.

Manqayamma uşaqları üçün südü donor bankından alacaq.

Bildirilir ki, Manqayamma və onun 80 yaşlı əri Raya Pao 1962-ci ildə evlənib. 57 il ərzində onların uşağa sahib olmaq cəhdləri müvəffəqiyyətsiz olub. Ancaq süni mayalanma proseduru nəticəsində 74 yaşlı qadın cari ilin yanvarında hamilə ola bilib.

Daha əvvəl isə Hindistanın Omkari Panvar ştatında başqa bir qadın süni mayalanmanın köməyi ilə ana olmuş ən yaşlı qadın hesab edilirdi. 70 yaşlı qadın 2008-ci ildə əkiz uşaqlar dünyaya gətirmişdi.

Milli.Az