74 yaşlı kişi qabyuyan maye içərək özünü ÖLDÜRDÜ

0
255

Masallı rayonunda intihar hadisəsi qeydə alınıb.

hadisə rayonun Hişkədərə kəndində baş verib.

Belə ki, mayın 31-də kənd sakini, 1948-ci il təvəllüdlü İ.F. yaşadığı evdə qabyuyan maye içib. O, oğlu tərəfindən Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Burada 74 yaşlı kişiyə kimyəvi zəhərlənmə diaqnozu ilə ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Lakin xəstənin vəziyyəti kəskinləşdiyinə görə yenidən Masallı MRX-nin reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılmış müalicə tədbirlərinə rəğmən xəstənin həyatını xilas etmək mümkün olmayıb. O, dünən vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.