700 Rusiya vətəndaşı ölkəmizdən təxliyə olunacaq

0
798

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edildiyinə görə və ölkənin sərhədləri bağlandıqdan sonra Azərbaycanda minlərlə Rusiya Federasiyasının vətəndaşı qalıb.

Bu müddət ərzində Rusiya vətəndaşlarının öz ölkələrinə qayıtması məqsədilə lazımi şəraitin yaradılması üçün Azərbaycan hökuməti tərəfindən Rusiyanın Bakıdakı səfirliyinə hərtərəfli dəstək göstərilib.

Rusiya tərəfindən təxliyələr quru və hava yolu ilə həyata keçirilib.

İndiyə qədər ümumilikdə 4 mindən artıq Rusiya vətəndaşı Azərbaycandan təxliyə olunub.

Avqustun 20-də 700-ə yaxın Rusiya vətəndaşının da Dağıstan vasitəsilə Rusiya Federasiyası ərazisinə keçidi nəzərdə tutulur.

Təxliyələr Rusiya Federasiyasının aidiyyəti qurumlarının müəyyən etdiyi xüsusi prosedur və qaydalara uyğun şəkildə dövri əsasda həyata keçirilir.