70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?

0
591

Ötən əsrin 70-ci illərində Yaponiya SSRİ-dən tonlarla şüşə qırıqları alıb, sonra onu dənizə tökürdü. Sovet İttifaqında uzun müddət bu qəribə ticarətin sirrini öyrənməyə çalışırdılar. Sovetlər böyük məmnuniyyətlə böyük həcmdə şüşə qırıntısını taxta yeşiklərdə qablaşdırıb göndərirdi. Lakin yaponların dərhal tədarük edilən malı dənizə tökməsi də sirr olaraq qalırdı.

Əslində isə məsələnin məğzi başqaydı. Yaponlara şüşə deyil, şüşələrin qablaşdırılaraq, göndərildiyi taxta yeşiklər lazım idi. Küknar ağacından hazırlanan bu yeşiklər yaponlar üçün çox qiymətli xammal idi. O illərdə Yaponiyanın iqtisadiyyatı çətin günlər yaşayırdı və taxta istehsal etmək imkanı yox idi. SSRİ-nin ucsuz-bucaqsız Tayqa meşələri isə istənilən məhsulu taxta taralarla ixrac etməyə imkan verirdi. Qeyd edək ki, həmin illərdə Azərbaycanın “Badamlı” mineral suyu da yaponlar tərəfindən həvəslə alınırdı. Sonradan məlum olduğu kimi, suya və şüşəyə görə deyil, taxta yeşiklərə görə.

O ki, qaldı, dənizə tökülən şüşə qırıqlarına. Yaponlar şüşənin dənizin ekologiyasına zərər verməyəcəyini düşünmüşdülər. Onilliklər sonra dəniz sularının yuyub hamarladığı bu şüşələr bütün dünyada məşhur rəngli şüşələrdən ibarət çimərliyin yaranmasına səbəb oldu.