7 rayonu belə qaytaraq? Heydər Əliyevin tarixi cavabı – Video

0
803

Rəsul Quliyev 30 ildir oturub Amerikada, Amerika xüsusi kəşfiyyatına işləyir, ona görə, oradakı erməni lobbisinin dili ilə danışır. Deyir, Qarabağın bir hissəsini ermənilərə verib, münaqişəni həll etmək olar. Necə yəni? Torpağı vermək olar?

Bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mediaya geniş müsahibəsində deyib.

“Yaxşı xatirimdədir, Ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla əlaqədar bir toplantı keçirirdi. Keçmiş strukturların, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasətçilər hamısı iştirak edirdilər. Orada məsələ qalxdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ətraf əraziləri geri alaq. Cənab Prezident İlham Əliyev də həmin toplantıda iştirak edirdi. Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu fikirləri səsləndirənlərin başına bir oyun açdılar, gəl görəsən. Dedilər ki, Azərbaycanın 1 metr torpağını belə ermənilərə vermək mümkün deyil. Ümummilli lider dedi, “Bu torpaq sənindir ki, verirsən?!”

Görün vəziyyət necə idi? Ona görə Rəsul Quliyevin dedikləri sayıqlamadan başqa bir şey deyil”, – S.Novruzov qeyd edib.