66 kənd, bir qəsəbə və üç yüksəkliyin Ermənistanın işğalından azad edilməsindən iki il keçir – SİYAHI

0
193

Bu gün 66 kəndin, bir qəsəbənin və üç yüksəkliyin Ermənistanın işğalından azad edilməsindən iki il ötür.

Azərbaycan Ordusu 2020-ci ilin 9 noyabrında bir sıra rayonlar üzrə uğurlu əməliyyatlara imza atıb.

Həmin gün elan edilən məlumatlara əsasən, işğaldan azad olunmuş əraziləri rayonlar üzrə təqdim edirik.

Füzuli rayonu üzrə: Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq kəndləri.

Xocalı üzrə: Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri.

Şuşa rayonu üzrə: Daşaltı kəndi.

Xocavənd rayonu üzrə: Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer kəndləri.

Cəbrayıl rayonu üzrə: Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri.

Qubadlı rayonu üzrə: Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri.

Zəngilan rayonu üzrə: Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi, Bartaz yüksəkliyi, Sığırt yüksəkliyi, Şükürataz yüksəkliyi.

Laçın rayonu üzrə: Güləbird, Səfiyan, Türklər kəndləri.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.