60 milyon kredit kartı məlumatları oğurlanıb

0
477

Rusiyanın Sberbank-ına aid etibarlı və etibarsız olmaqla toplamda 60 milyon kredit kartı məlumatları oğurlanıb.

Rusiyanın “Kommersant” qəzetində yazılan xəbərə görə, kredit kartları haqqında məlumatlar, Rusiyada qadağan edilmiş bir internet forumunda satışa çıxarılıb. 200 kredit kartının məlumatı “sınaq” məqsədi ilə potensial müştərilərə təklif edilib.

Satışa təqdim edilənlər arasında şəxsi məlumatlarla yanaşı, kredit kartına aid maliyyə məlumatları da yer alıb.

Hal-hazırda 18 milyon etibarlı kredit kartına sahib olan Sberbank, müəssisə daxilində istintaqın başlandığını söyləyib.

Mütəxəssislər bu sızmanın Rusiya bankçılığı tarixində ən böyük hadisə olduğunu qəbul edərək, nəticələrin bütün bank sektoruna təsir edəcəyi fikrini təsdiqləyiblər.