6 saylı Şəhər Klinik Xəstəxanasının nevroloji şöbəsində xəstə intihar edib

0
456

Bakıda 6 saylı Şəhər Klinik Xəstəxanasının nevroloji şöbəsində müalicə alan şəxs intihar edib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 18-də, saat 00:05 radələrində Qənirə Ağayeva (1957-ci il təvəllüdlü) özünü Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində müalicə aldığı xəstəxananın dördüncü mərtəbəsindən atıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır, intiharın səbəbi dəqiqləşdirilir.