ABŞ-ın nüfuzlu “Stratfor” düşüncə mərkəzi Ermənistan Azərbaycan münasibətləri ilə bağlı növbəti proqnozunu açıqlayıb.
Proqnozda qeyd olunur ki, tərəflər bu il sülh sazişinin əldə olunmasında tərəqqiyə nail ola bilərlər. Ancaq yeni toqquşma və müharibə riski hələ də qalır.
Analitik mərkəz proqnozlaşdırır ki, İrəvan Qərblə dərinləşən əlaqələrindən istifadə edərək Bakının sərt tələblərinə müqavimət göstərəcək. Lakin məqalədə bunun işə yaramaq ehtimalının az olduğu bildirilib.
“Startfor”a görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də seçkidə qalib gələcəyi halda Ermənistan danışıqlarda rıçaqalar əldə etmək üçün sərhəddə potensialını artıracaq. Mərkəz ilk 6 ayın kritik olduğunu və sülh əldə olunmayacağı təqdirdə Ermənistanın cənubunda Zəngəzur dəhlizi uğrunda Azərbaycanla müharibənin başlaya biləcəyini iddia edir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da deyib ki, Naxçıvana dəhliz verilməyəcəyi təqdirdə Ermənistanla sərhəd açılmayacaq. Amma dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı müharibə ehtimalını istisna edib. Rəsmi İrəvan isə Naxçıvana yol verməyə hazır olduğunu və bunun dəhliz statusu ilə edilməməsi gərəkdiyini bildirib. Odur ki, “Stratfor”-un məqaləsini proqnozdan daha çox arzu və ya ölkəmizə təzyiq məqsədilə ortaya atılmış dezinformasiya da hesab etmək olar.