5,5 milyonluq saat, həyətində araq zavodu – Paşinyan erməni xalqını necə xilas edəcək?

0
728

Bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda qısamüddətli məzuniyyətdən qayıdıb. Onun və ailə üzvlərinin məzuniyyətdəki macəraları haqqında kimlər danışmayıb?! At gəzintiləri, mehriban ər-arvad görüntüləri, Anna Akopyanın yeni aldığı 5,5 milyon ABŞ dolları qiymətində saatı, üstəlik də qızarmış sifəti və bərpa olunmuş sağlamlığı! Ay, maşallah, göz dəyməsin!

Görən, nazirin yenidən cavanlaşmasının sirri nədədir? Sağlam yemək? Atçılıq? Mehriban və sədaqətli həyat yoldaşı? Bu sirrin açılması üçün “MediaPost” erməni KİV-ə üz tutub və tapmacanın cavabını tapıb.

Sən demə, cavab çox asan və sadə imiş: hakimiyyətdə olduğu müddətdə varlıların həyat tərzinə uyğunlaşmış Paşinyanın “cavanlıq mənbəyi” onun həyətində cecə arağının çəkilməsi üçün qurulmuş mini-zavod imiş! Bəli, səhv eşitmədiniz!

Belə ki, sosial şəbəkələrin erməni istifadəçilərinin səhifələrində baş nazirin şəxsi həyətində çəkilmiş fotolar paylaşılır. Şəkillərdən görünür ki, həm Paşinyanın özü, həm də onun ailə üzvləri və dostları araq içməyə meyllidirlər. Amma maraqlısı odur ki, öz xalqına içki içməyi məsləhət görməyən (başqa sözlə, qadağan edən) baş nazir heç də özü gördüyü məsləhətə əməl etmir. Lakin bundan da maraqlısı var, o da Paşinyanın kənd camaatına içki içməyə qadağa qoymasının səbəbidir. Sən demə, içkiyə meylli kənd camaatı öz pullarını içkiyə xərcləməklə dövlət büdcəsinə ödəniləcək əmlak vergisini verə bilmirlər. Gülünc və absurd vəziyyət – Nikol

Paşinyan öz evinin həyətində cecə qurğusunu quraşdırmazdan əvvəl heç olmasa, öz absurd qadağasını göz önünə gətirməli idi.

Baş nazir sayları get-gedə azalmaqda olan ermənilərin qeydinə qalmır? Deyəsən, Paşinyanı puldan savayı heç nə maraqlandırmır. Görəsən, bu şəkilləri görəndə həmin ayıq kənd camaatı nə deyəcək? Onlar da baş nazirləri kimi dövlət hesabına yeyib-içsəydilər, cecə arağından vurub absurd qərarları rahatlıqla qəbul edərdilər.

Həqiqətən də, Paşinyanın və onun həyat yoldaşı Anna Akopyanın iştahı yaxşıdır, yoxsa, ayıq adamın bir qol saatına 5,5 milyon ABŞ dolları verməyə əli gəlməz. Yeganə yol araqdan içib özünü itirməkdir. Nikol Paşinyanın etdiyi kimi.