Azərbaycanda uşaq bağçalarının yaxın vaxtlarda açılacağı barədə valideynlərə ismarışlar göndərilir.
Bu haqda bəzi dövlət təlim-tərbiyə müəssisələrinin tərbiyəçiləri tərəfindən valideynlərə xəbərdarlıq edilir.
Onlara bildirilir ki, uşaq bağçalarının açılmasına az vaxt qalıb, hazırlıq gedir. Amma bu mesajların nə dərəcədə həqiqətə uyğun olması məlum deyil. Çünki ölkədə avqustun 5-dək sərt karantin rejimi, 31-nə kimi isə xüsusi karantin rejimi elan edilib.
Məktəblərin və bağçaların nə vaxtdan fəaliyyətə başlayacağı haqda rəsmi açıqlama verilməyib.