Mükafatınız mübarək!

0
511

 

image here

 Mükafatınız mübarək!

Milli Mətbuatımızın 145-ci ildönümü münasibəti ilə möhtərəm prezidentimiz İlham Əliyev Cənabları mətbuat işçılərindən bir qrupunun əməyini yüksək qiymətləndirərək onları fəxri adlarla təltif etmiş, bir qrup mətbuat işçisini, o cümlədən əziz Flora Xəlilzadəni prezidentin fərdi təqaüdünə layiq görmüşdür.
İNK-nın fəxri üzvü olan ,Azərbaycan mətbuatında, eyni zamanda ədəbiyyatımızda öz dəst-xətti ilə tanınan gözəl insan, ictimai xadim sevimli Flora xanım! Bütün İNK ailəsi adından, sizin qələminizin sehrindən xəbərdar olan oxucular adından Sizi şəxsən təbrik edir , uğurunuza sevinir, sizin simanızda bütün mətbuat əhlini və xüsusi ilə də mükafatlandırılan jurnalistləri təbrik edir, şəxsi həyatlarında və əmək fəaliyyətlərində bol sevinclər arzu edirəm!

Rasim Məmmədov
İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri