İctimai Nəzarət Ailəsində daha bir itki

0
637

İctimai Nəzarət Koalisiyasının Dövlət Qurumlarına İctimai Nəzarət Departamentinin sədri, Gömrük Orqanlarında 25 illik xüsusi xidmətinə görə fəxri medal sahibi Fərid İsmayılzadə dünyasını dəyişmişdir.

Fərid İsmayılzadənin İctimai Nəzarət Koalisiyası ilə dövlət qurumları arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında əvəzsiz xidmətləri olmuşdur.
Türkiyənin Qəhrəman Maraş, Kayseri şəhərlərində Xocalı soyqırımı abidəsi və parkının açılışında yaxından dəstəyi və iştirakı da İNK ailəsinin mərhumla bağlı unutmayacağı xoş xatirələrdən biridir.
Fərid İsmayılzadənin ailəsinə, doğmalarına, qohumlarına və bütün əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!

İNK Ailəsi,
DAMM İB, SİMİB rəhbərliyi və üzvləri