İlham Əliyev 2 fərman imzaladı

0
524

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

1. “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1416) 1-ci hissəsində “85” rəqəmləri “88” rəqəmləri ilə, “89” rəqəmləri “91” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 481; 2005, № 5, maddə 403; 2008, № 3, maddə 175, № 11, maddə 970; 2009, № 7, maddə 533, № 11, maddə 881, № 12, maddə 983; 2011, № 2, maddə 85, № 12, maddə 1138; 2012, № 11, maddə 1110; 2013, № 2, maddə 113; 2014, № 4, maddə 367, № 11, maddə 1416; 2018, № 2, maddə 190) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 10.3-cü bəndinin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.