Milli Məclisə növbədənkənar seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüsək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir.
Bu dairədə 61.4 faiz (46 min 225 seçicidən 23 736 nəfər) seçici səs verib.
Ən passiv dairə isə 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 18,6% (53 min 4 seçicidən 10 min 299 nəfər) təşkil edib.