Bu günə qədər 46 xarici aviaşirkət Çinə uçuşları dayandırıb.
Bu barədə Çin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.
Koronavirusun yeni növünün yayılması bir çox ölkəni və şirkətləri Çinə və əksinə səyahət üçün məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edib.
“Koronavirusun yayılması ilə bağlı beynəlxalq aviasiya bazarında tələb kəskin şəkildə aşağı düşüb. Bir sıra ölkələr Çin vətəndaşlarının giriş və çıxışlarına məhdudiyyətlər qoyub. Bu günə qədər 46 xarici hava yolları şirkəti Çinə uçuşları dayandırdığını elan edib”, – deyə qurumun açıqlamasında bildirilib.