Bu gün Qəbələ rayon Mədəniyyət mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Əbədi Birlik Gənclər İctimai Birliyinin, GİKM Qəbələ nümayəndəliyinin, intellektual İnkişaf Naminə İctimai Birliyin, Qəbələ Mədəniyyət mərkəzinin tərəfdaşlığı ilə Qəbələ rayonunda həyata keçirilən ” 44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin yekun bağlanış tədbiri keçirildi.
Tədbirdə şəhid ailələri, qazilər gənclər,rayon idarə heyətinin nümayəndələri iştirak etdi.
Layihənin məqsədi parlaq Vətən müharibəsi zərərindən sonra Yeniyetmə və gənc nəslin milli köklərimizə baglılıq , vətənpərvərlik,dövlətçiliyə , sədaqət ruhunda tərbiyə olunmasından ibarət idi.
Layihənin rəhbəri Xəyal Məmmədəliyev gəncləri fəxri diplomları ilə təltif etdi.
Təranə Alməmmədova
“Xarıbülbül Ədəbi Məclisinin” , Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi,İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri