9 yaşlı qıza anasının qaraciyəri köçürüldü

0
695
Azərbaycanda azyaşlı qız üzərində qaraciyər transplantasiyası əməliyyatı icra olunub.

Əməliyyat Mərkəzi Gömrük Hospitalında, cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilib.

Anadangəlmə sirroz xəstəliyindəın əziyyət çəkən 9 yaşlı qızcığaza anası donorluq edib.

Uşağın vəziyyəti qənaətbəxşdir, donor isə artıq evə buraxılıb.