Qənirə Paşayeva bu gün AŞPA-da Ermənistan heyətinə sərt cavab verib

0
852

Millət vəkili, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Q. Paşayeva bu gün AŞPA-da “Nifrət nitqi və dözümsüzlüklə mübarizədə siyasi liderlərin rolu və məsuliyyətləri” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Xocalı soyqırımı, azərbaycanlıların Ermənistanından öz ata-baba torpaqlarından deportasiyasından danışıb və Avropanı Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıb:” Bu gün müzakirə etdiyimiz mövzu Avropanın, ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Avropada irqi ayrıseçkilik, ksenofobiya, antisemitizm və nifrətin başqa formalarını yayan, təhrik edən, təşviq və bəraət verən ifadələrdən istifadənin artması ilə nifrət nitqi və dözümsüzlük artmaqdadır və bu bizim hamımızı ciddi narahat etməlidir. Avropada İslamafobiyanın artması da bizim hamımızı ciddi narahat etməlidir. Qətnamə layihəsində İslamafobiyanın artmasının da ciddi narahatçılıq doğurması xüsusi vurğulanmalı idi. Təssüf ki bunu görmürük. Qətnamə layihəsində radikalizmin bir növü olan İslamafobiyanın da rasizm, nifrət, anti-semitizm sözündən sonra əlavə edilməsi vacibdir. Məruzəçinin də vurğuladığı kimi, biz bu kimi hallara biganə qalmamalıyıq və onun qarşısını almaq üçün ümumi səylərimizi gücləndirməliyik. Bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün üzv ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir. Təhsil, mətbuat və medianın, siyasətçilərin bu məsələdə rolu böyükdür. Amma təssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar tam əksinə dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir ki bu halların qarşısını ala bilməsək bu, yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Biz hamımız bunun məsuliyyətini bu gündən dərk etməliyik və XX əsrdə yaşanan faciələri unutmamalıyıq. Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam. Çox təssüf edirəm ki Ermənistan heyətinin üzvü Zöhrabyan burada ölkəm Azərbaycan haqqında yalan, yanlış məlumalar verdi və nifrət dolu bir çıxış etdi. Bu cür addımları hamımız qınamalıyıq. Xocalı soyqırımını törədən, 1milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi olaraq onun buradan o insanlardan üzr istəməsi lazım idi amma təssüf ki o hər zaman olduğu kimi bu gün də Assambleyada Azərbaycan əlehinə yalan, böhtan məlumatlarla çıxış etdi. Mən başqa bir çıxış etmək istəyirdim amma bu çıxışdan sonra bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Ermənistanda təhsil və kütləvi informasiya vasitələri ilə və siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi olaraq 1988-ci ildə Ermənistandan100 minlərlə azərbaycanlı zorla öz doğma torpaqlarından çıxarılıb və Ermənistan monoetnik bir dövlətə çevrilib. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib və Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi məruzədə əksini tapan bütün məsələləri dəstəkləyir, üzv ölkələri bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram. Mənim təmsil etdiyim Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Azərbaycan dünyada Mədəniyyətlər və Sivilizasiyalararası Dialoqun güclənməsi istiqamətində bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib, bir çox beynəlxalq tədbirlərin keçilirilməsinin təşkilatçısı olub və bu istiqamətdə layhələrin sayı getdikcə daha da artır. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. Bu səbəbdən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi daha da gücləndirməliyik”.