42 dəqiqəyə 101 milyon avro qazandı

0
16

“Əl-Hilal”ın 32 yaşlı hücumçusu Neymar 2024-cü ildə Səudiyyə Ərəbistanı klubunda cəmi 42 dəqiqə oynadığı iki matçda meydana çıxsa da 101 milyon avro qazanıb.

Bu barədə “Footmercato” məlumat yayıb.

Braziliyalı futbolçu 2023-cü ilin oktyabrında çarpaz bağlarını zədələyib. Neymar ötən ilin oktyabrına kimi zədəsini sağaltsa da, Asiya Çempionlar Liqasında “Esteqlal”la oyunda (3:0) yenidən zədə alıb.

Xatırladaq ki, hücumçu 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Onun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, Neymarın bazar dəyəri 15 milyon avrodur.