41 ildir istismar edilən lift təhlükə saçır – FOTO

0
425

Xətai rayonu, Cavanşir küçəsi, bina 4 ünvanında yaşayan sakinlər liftin yararsız vəziyyətdə olmasından narazıdırlar.

Bu barədə sakinlər şikayət məktubu ünvanlayıb.

Vətəndaşlar bildirilib ki, binanın 6-cı blokundakı liftin istifadə müddəti çoxdan bitsə də, bəzi detalların dəyişilməsi və aylıq texniki baxımı üçün hər ay müəyyən məbləğdə pul ödəyirik:

“Tam şəkildə istismar olunan lift mütəmadi xarab olur və bir müddət əvvəl qırılıb şaxtaya düşüb. Hazırda binada liftin vəziyyəti həyati təhlükə saçır”.

Sakinlər binanın həyətinin baxımsızlığından dolayı ortaya çıxan antisanitar mənzərədən də narazıdırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyindənbildirib ki, məsələ nəzarətdə saxlanılır:

“Həmin ünvanda lift 1980-ci ildə quraşdırılıb, 2020-ci ildə Fövqəladə Hallar Nazirliyinin müfəttişliyi tərəfindən texniki müayinədən keçirilib. Növbəti bir il ərzində liftin istismarına icazə verilib. Yaxın zamanlarda həmin binada istismar müddəti başa çatacaq liftin dəyişdirilməsi nəzərdə tutulur”.

Qurumdan qeyd edilib ki, liftin qırılaraq şaxtaya düşməsi ilə bağlı deyilənlər düzgün deyil.