40 minlik ordu həlledici hücuma keçdi – Rusiya ərazisində dəhşətli müharibə gedir

0
27

Ukrayna Kursk bölgəsində taktiki uğur hesab edilə biləcək irəliləyiş əldə edib.

Bu barədə ABŞ-ın Müharibə Araşdırma İnstitutu (İSW) yazır.

İnstitutun 5 və 6 yanvar tarixlərində dərc edilmiş geolokasiya kadrlarına əsaslanan məlumatına görə, Ukrayna qüvvələri Suja şəhərinin şimal-şərqində, Berdinin cənubunda, Novosotnitskinin mərkəzi hissəsində irəliləyirlər.

Rusiya Müdafiə Nazirliyi və rusiyalı hərbçi bloqerlər daha öncə Ukraynanın Berdin və Novosotnitski yaxınlığında hücumunun dəf edildiyini açıqlamışdı.

İSW bildirir ki, yanvarın 6-da Rusiya qüvvələri Sujanın şimal-şərqində Ukraynanın digər bölmələrinə hücum etmək üçün Malaya Loknya kəndindən qərbə dislokasiya olunub. İnstitutun analitikləri hesab edir ki, Rusiya böyük ehtimalla 177-ci dəniz piyada alayının hissələrini Zaporojya vilayətinin qərb hissəsindən Kurska köçürüb.

Yanvarın 5-də qeydə alınan geolokasiya xəritələri göstərir ki, Ukrayna ordusu quru əməliyyatını dəstəkləmək üçün Kursk vilayətinin arxa bölgələrinə zərbələr endirəcək.

Rusiyanın hərbi mənbələri isə Kremlin Kurskda yekun zərbə endirməyə hazırlaşdığını bildirirlər. Məlumatlara görə, Rusiya hərbi rəhbərliyi Trampın inaqurasiyasından əvvəl Ukraynanın Kursk qambitini dayandırmaq qərarına gəlib. Rusiya mənbələri iddia edir ki, Ukraynanın Kurskda 5 mindən çox texnika və 40 minə yaxın canlı qüvvəsi var. İddialara görə, Ukrayna qüvvələrinin tamamilə çıxarılması istiqamətində hücum başlanacaq. Məqsəd gələcək danışıqlarda Kursk məsələsini müzakirədən çıxarmaqdır.