
Ermənistan Müdafiə Nazirliyi itkin düşmüş hərbi qulluqçuların ailələrinə bildirib ki, onların uşaqları “səhv nəticəsində” itkin düşüblər.
Bu barədə hərbçilərdən birinin anası danışıb.
“Deyirlər ki, 40 əsgəri yanlış istiqamətdə aparıblar”, – deyə eşitdiklərindən şoka düşmüş qadın bildirib.
Əsgərlərin valideynləri gecə boyu Ermənistan Müdafiə Nazirliyinin binası önündə dayanaraq, nazirlik əməkdaşlarından ətraflı izahatlar almağa çalışsalar da, cəhdləri nəticə verməyib.