4 kənd nə vaxt qaytarılacaq? – Ermənistandan rəsmi açıqlama

0
131

Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Xeyrimli, Aşağı Əskipara) qaytarılması gündəmdə olsa da, bunun nə vaxt baş verəcəyi açıqlanmayıb.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu məsələyə yenidən münasibət bildirib.

O, müzakirələrin davam etdiyini deyib: “Sərhədin delimitasiyasının Tavuşdan başlanması ilə bağlı razılaşma olacaqsa, hər iki tərəf bunu dərc edəcək. Yekun tənzmlənmə ilə bağlı ictimaiyyətə açıqlama veriləcək. Kəndlərin nə vaxt təhvil veriləcəyi ilə bağlı dəqiq müddət yoxdur”.