4 Avropa ölkəsi İrana getməkdən imtina etdi – Səbəb

0
383

Fransa, Almaniya, İtaliya və Avstriya İrandakı biznes-forumda iştirakdan imtina edib.

Bu məlumatı Fransa Xarici İşlər Nazirliyi yayıb.

Dörd ölkənin etirazına səbəb jurnalist Ruhulla Zamın edamı olub. Rəsmi Paris jurnalistin edamını barbarlıq adlandırıb.

Qeyd edək ki, İranın “Amad Nyus” portalının rəhbəri Ruhulla Zam dövlətə xəyanətdə ittiham olunaraq, edam edilib.