İşsizlik böhranında bu ” virusların” da rolu var

0
608

 

Ölkəmizdə illər boyu kölgə iqtisadiyyatına xidmət edən, iqtisadi cinayətkarlıqda adları hallanan və buna görə məsuliyyətə cəlb olunan müəssisə, firma rəhbərləri, eyni zamanda onların fırıldaqçı əlaltılarının ölkədə qanuni fəaliyyət göstərən vergi ödəyiciləri və çoxsaylı işçiləri öz sıralarına toplayaraq iqtisadiyyatımızın əsasını təşkil edən sənaye sahələrində problemlər yaratması və bu kimi qurumları dəstəkləyən dövlət qurumlarının olması hər kəsə məlumdur.
İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri, Dünya Azərbaycanliları Mədəniyyət Mərkəzinin l vitse -prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov bu məsələ ilə əlaqədar öz açıqlamasında ölkədə əlavə dəyər vergisini satan və onları satanlara şərait yaradanlara qarşı aidiyyəti qurumların mübarizəsinin gücləndirilməsinin vacibliyini vurğulamışdır. “Çünki həmin dələduzların əməlləri bəzi riskli və riskli olmayan dövlət vergilərini lazımi şəkildə ödənilməsi ilə qanuni fəaliyyət göstərən müəssisələri də süni problemlər qarşısında qoyur, onların hesablarının dondurulmasını gətirib çıxarır. Və bununla da ölkə ərazisində geniş sayda işsizlik problemi, həmin işçilərin maaşlarının ödənilməsi ilə bağlı isə çətinliklər yaranır.
Ona görə də Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkədə riskli müəssisələrin artmasının qarşısının alınması üçün həmin dələduzlara qarşı daha sərt tədbirlər görülməlidir”.
R.Məmmədov eyni zamanda bildirmişdir: “Həmin riskli müəssisələri dəstəkləyən aidiyyəti dövlət qurumları da ölkə iqtisadiyyatına ağır zərbə vuranlardır. Ölkədə geniş sayda vətəndaşları dövlətdən asılı vəziyyətə qoyaraq süni işsizlər ordusunun yaranmasına xidmət edən bu və digər mənfi böhran amillərinin səbəbkarları tezliklə hüquq mühafizə orqanları qarşısında cavab verməlidirlər”.

“ictimaixeber.az”