Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib.
Hadisə bu gün səhər saatlarında baş verib. 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib.
Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır: