
Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yeni limanın tikintisi üçün ərazi seçilib.
Liman tikintisi üçün Egey dənizi sahilindəki antik Kime şəhərinin ərazisi müəyyənləşdirilib. Bir müddət əvvəl tarixi əhəmiyyəti 1-ci dərəcədən 3-cü dərəcəyə endirilən və eradan əvvəl 11-ci əsrə aid olan Kime şəhərinin böyük hissəsi liman tikintisindən sonra mövcud olmayacaq.
Bildirilir ki, Kime şəhəri 11 şəhəri özündə birləşirən sahil zolağına məxsus olub və 3 min il əvvəl Balkan yarımadasından köçmüş şəxslər tərəfindən salınıb. Bura həm də, antik sikkələrin basılan ilk antik şəhərlərdən olub.