28 May Respublika gününə həsr olunmuş konsert təşkil olunmuşdur

0
153

25 may 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Pianoçu, pedaqoq Türkan Həsənovanın 28 may respublika gününə həsr olunmuş “Musiqi aləminə səyahət” adlı konsert proqramı təşkil olunmuşdur.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Ekspozisiya şöbəsinin müdiri, Ülviyyə Şəmmədova giriş sözü ilə açmışdır.
Daha sonra isə pianoçu, pedaqoq Türkan Həsənovanın tələbələri, respublika və beynəlxalq müsabiqələr laureatları : Məmmədzadə Zəhra, Quliyeva Miray, Mehdiyeva Zəhra, Məcidli Murad, Süleymanlı Zəhra, Aslanlı Lalə, Abbaslı Mədinə, Mehdizadə Zəhra, Hüseynli Selin, Həsənzadə Aylin, İsmayılova Ulduz, Bəxtiyarlı Dəniz, Nuriyeva Elayna, Soltanlı Gülnaz, Gülməmmədli Ayan, İsmayılova Zemfira, Məmmədzadə İnci, Babayeva Zərifə, Hüseynova Selina, Yusifli Amina, İsmayılova Nübar, Manafov Oktay, Qardaşxanlı Nərminə, Nuray Əhəd öz ifaları ilə konsertə rəng qatmışlar.
Konsertdə yerli və xarici bəstəkarların əsərləri səslənmişdir.

Konsertin sonunda isə Azərbaycan Milli Konservatoriyasının tələbəsi Altun Süleymanovun ifasında və Türkan Həsənovanın müşayiəti ilə “Azərbaycan” əsri səslənmiş, və bağlanış nitqi üçün söz Türkan Həsənovaya verilmişdir. Yekunda iştirakçılara təşəkkürnamə təqdim edilmişdir.