
Bakıda 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçan 17 yaşlı Kifayət Vəlicanova tapılıb.
Bu barədə onun atası Rauf Vəlicanov məlumat verib.
O bildirib ki, qızı fevralın 10-də paytaxtın Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında tapılıb:
“Qızım fevralın 10-də Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb. Məlumat verilən kimi şöbəyə yaxınlaşıb qızımı oradan götürdüm. O artıq xəstəxanada yox, evdədir. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, azyaşlının psixoloji problemləri var. O yanvarın 15-də müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmışdı.