26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasını 106 – ci il dönümü münasibəti ilə FHN Mülki Müdafiə Qoşunlarının N saylı xilasetmə briqadası Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunmuş, şəhid ailələri və qazilərlə görüşü keçirildi.
Tədbirdə şəhid ailələri, qazilər,hərbi hissənin komandiri polkovnik Amil Alcanov, hərbi hissənin zabit və əsgərləri İctimai təşkilatlar, jurnalistlər, Göyçaydam gələn şəhid ailələri, Qəbələ rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi iştirak etmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş , şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Aparıcı klub rəisi Baş leytenant Mustafayev Zaur 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi haqqinda melumat vermisdir
Hərbi hissənin komandiri polkovnik Amil Alcanov tədbirdə fəal iştirak edən təşkilatçilara fəxri fərmanlar vermişdir.
Tedbir Vətənpərvər ruhunda musiqi sədaları altında davam etmişdir.
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri