25 gün ancaq maye qəbul edən qız öldü – FOTO

0
484

25 gün boyunca ancaq maye qəbul edən 27 yaşlı qızın cansız bədəni tapılıb.

Türkiyənin Aydın şəhərində atası ilə birlikdə yaşayan 27 yaşlı Tuğçe Seçkinay 25 gün boyunca yemək yemədiyinə görə ölüb.

Anası vəfat etdikdən sonra depressiyaya düşdüyünə görə özünəqapanan Tuğçe son zamanlar yediyi yeməkləri azaldıb, sonra isə tamamilə qida qəbulunu dayandırıb. O, son günlərini öz otağında keçirib, şəhərə çıxmayıb, atasından başqa kimsəylə danışmayıb. 1 ay əvvəl xeyli arıqlayan qız ötən gün dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.