İndoneziyada ilin başlanğıcından bəri baş verən təbii fəlakətlər 213 nəfərin həyatına son qoyub.
Bu barədə ölkənin Milli Fövqəladə Hallar Təşkilatı Rəhbərliyindən bildirilib.
Qeyd olunub ki, 1 yanvar-9 fevral tarixlərində ölkə miqyasında əksəri fırtına, sel, sürüşmə və zəlzələ olan 386 təbiət hadisəsi baş verib.
Bu hadisələrdən 2 milyon insan əziyyət çəkib, 12 min 60 nəfər xəsarət alıb.
Qeyd edək ki, “Sakit Okean Alov Çevrəsi” üzərində yerləşən İndoneziya təbii fəlakətlərin təsirində qalan ölkələr sırasında öndə gedir.